EDF.GOV.AZ | Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ SAHİBKARLİĞIN İNKİŞAFI FONDU

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Göygöl rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Göygöl rayonunda işgüzar forum keçirmişdir.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Göygöl rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

  • cins heyvandarlıq kompleksinin yaradılması;
  • süd emalı və sənaye üsulu ilə bal emalı və qablaşdırılması müəssisələrinin yaradılması;
  • kartofçuluq və üzümçülük təsərrüfatlarının yaradılması;
  • kənd turizmi layihəsi;
  • otelin yaradılması;

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az