ANFES | Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ SAHİBKARLİĞA KÖMƏK MİLLİ FONDU

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Strateji Yol Xəritələrinin icrasının sürətləndirilməsi məqsədilə aşağıdakı istiqamətlər üzrə investisiya layihələrinin maliyyələşdirilməsi ilə bağlı layihələrin qəbulunu elan edir:

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” üzrə

  • Təzə kartof istehsalı;
  • Örtülü torpaqlarda, o cümlədən istixanalarda faraş tərəvəz istehsalı;
  • Regionlarda kiçik və orta ölçülü meyvə-tərəvəz məhsulları emalı müəssisələri şəbəkəsinin genişləndirilməsi;
  • Qurudulmuş və dondurulmuş meyvə-tərəvəz məhsulları istehsalı;
  • Ətlik-südlük istiqamətli ailə-kəndli təsərrüfatlarının yaradılması ilə bağlı İmişli, Bərdə və Ağcabədi rayonlarında həyata keçirilən pilot layihənin təcrübəsinin digər regionlarda tətbiq edilməsi;
  • Sənaye üsulu ilə quş əti istehsalının müxtəlif seqmentlərin tələbatları (gecböyüyən və emal məqsədilə iriçəkili quş əti istehsalı) üzrə genişləndirilməsinin stimullaşdırılması;
  • Regionlarda kiçik və orta ölçülü ət və süd məhsulları emalı müəssisələri şəbəkəsinin yaradılması;
  • Arıçılıq, balıqçılıq, o cümlədən akvakultura sahəsində inkişafın dəstəklənməsi;
  • Ərzaq təyinatlı yumşaq və bərk buğda və digər dənli paxlalı bitkilər istehsalı;
  • Çay plantasiyalarının genişləndirilməsi;
  • Tütün məmulatlarının istehsalı;
  • Aqropark (aqrar sənaye klasterləri də daxil edilməklə) şəbəkəsinin yaradılması;
  • Damazlıq quşçuluğun inkişafının dəstəklənməsi;
  • Regionlarda meyvə, tərəvəz, kartof və bostan məhsulları üzrə topdansatış və logistika xidmətlərini həyata keçirən bazar infrastrukturu obyektlərinin qurulması;
  • Paytaxt və regionlarda müasir standartlara uyğun ət kəsimi məntəqələri şəbəkəsinin qurulması;
  • Meyvə, tərəvəz, kartof və bostan məhsullarının saxlanması üçün kiçik və orta həcmli soyuducu anbarların yaradılması;
  • Taxılçılıq regionlarında kiçik və orta həcmli taxıl anbarlarının yaradılması;
  • “Yaşıl market”lər və “Fermer mağazası” şəbəkələrinin yaradılması;
  • Kənd yerlərində qadınların və gənclərin məşğulluğunun artırılması.

 

“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” üzrə

  • Startap layihələrinin dəstəklənməsi.

 

“Azərbaycan Respublikasında İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” üzrə

  • Qalaaltı, Naftalan və Duzdağdakı mövcud yerləşdirmə alternativlərində, sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılması;
  • Turizm və Rekreasiya Zonalarında fəaliyyətin turizm klasterinə uyğun qurulması;
  • Turizm və Rekreasiya Zonalarının inkişaf etdirilməsi;
  • Respublikada turizmin təşviq siyasətində mövsümiliyi azaldan tədbirlərin və layihələrin xüsusi olaraq dəstəklənməsinin təmin edilməsi;
  • marşrut boyunca turizm infrastrukturunun inkişafını stimullaşdırmaq.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az