EDF.GOV.AZ | Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ SAHİBKARLİĞIN İNKİŞAFI FONDU

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Suraxanı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Suraxanı rayonunun Əmircan qəsəbəsində işgüzar forum keçirmişdir.
İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- startap layihələrin maliyyələşdirilməsi;
- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması, badam bağının salınması;
- plastik və karton tara istehsalı müəssisələrinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az