ANFES | Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ SAHİBKARLİĞA KÖMƏK MİLLİ FONDU
  • Gəncə şəhəri (10.11.2017)

MALİYYƏLƏŞDİRİLMİŞ İNVESTİSİYA LAYİHƏLƏRİ

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəyə gətirilməsi, respublikada ən müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması məqsədilə hər bir rayonun iqtisadi potensialına uyğun olaraq nümunəvi investisiya layihələri hazırlanaraq kütləvi informasiya vasitələrində dərc edilmişdi. Bu da öz növbəsində sahibkarlıq mühitinin canlanmasına, güzəştli kredit vəsaitlərinin daha səmərəli yerləşdirilməsi imkanlarının genişlənməsinə təkan verir. Fondun güzəştli kreditləri hesabına son dövrlərdə müasir texnologiyaların tətbiqinə əsaslanan 412 layihə, o cümlədən, tutumu 333.4 min ton olan 51 logistika mərkəzi və 351.8 min tonluq 23 taxıl anbarı kompleksi, 22332 ha-lıq 15 iri taxılçılıq təsərrüfatı, 166.7 milyon ədəd damazlıq yumurta, 183.1 milyon ədəd əmtəəlik yumurta, 59.4 min ton quş əti olan 44 quşçuluq təsərrüfatı, eləcə də 25950 başlıq 22 heyvandarlıq kompleksi maliyyələşdirilib.

Xüsusi əhəmiyyətə malik olan investisiya layihələri sırasına illik istehsal gücü 4.782 milyon litr spirtli içkilər olan 5 müəssisə, ildə 78.33 min ton faraş tərəvəz məhsulları, 10.4 milyon ədəd dekorativ bitki və 10.6 milyon ədəd tərəvəz ştili istehsal olunan 54 istixana, ildə 23.5 min ton üzüm istehsal olunan 16 təsərrüfat da daxildir. Güzəştli qaydada maliyyələşdirilmiş layihələr sırasına illik istehsal gücü 119.3 min ton konserv məhsulları olan 13 konserv müəssisəsi, illik istehsal gücü 305 min ton çörək olan 29 çörək istehsalı zavodu, 227.4 min tonluq 10 süd emalı müəssisəsi də daxildir. Dövlətin güzəştli kredit vəsaiti hesabına Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə iqtisadiyyatın müxtəlif sahələrinin stimuallaşdırılması məqsədilə illik kəsim gücü 46.7 min ton və emal gücü 16.2 min ton ət olan 9 ət emalı və 3 quru meyvə istehsalı müəssisəsi, inşaat sektorunda isə illik istehsal gücü 504 min kv. metr mərmər, 16 min ton dəmir-beton məhsulları, 3,7 min ton plastik məmulatları, 91 min ton sönmüş əhəng, 83 min ton kərpic və s. olan 25 tikinti materialları istehsalı müəssisəsi, tikiş və 4 mebel fabrikini, mineral su istehsalı müasir qablaşdırılma məmulatları istehsalı müəssisəsini, parça istehsalı və boyama fabriklərini, kənd təsərrüfatının inkişafına dəstək vermək üçün 23 intensiv bağçılıq təsərrüfatı maliyyələşdirilib. Bu günə qədər sözügedən layihələrin 368-i, o cümlədən, tutumu 294 min ton olan 45 logistika mərkəzi, tutumu 361.8 min ton olan 23 taxıl anbarı, 21832 ha-lıq 14 taxılçılıq təsərrüfatı, illik istehsal gücü 132.7 milyon ədəd damazlıq yumurta, 183,1 milyon ədəd əmtəəlik yumurta və 59.4 min ton quş əti olan 43 quşçuluq (broyler) təsərrüfatı, 23050 başlıq cins iribuynuzlu 19 heyvandarlıq kompleksi, illik 58.83 min ton faraş tərəvəz, 10.4 milyon ədəd dekorativ bitki və 10.6 milyon ədəd tərəvəz ştilləri istehsal olunan 46 istixana, ildə 11.2 min ton üzüm yetişdirilən 13 təsərrüfat, illik istehsal gücü 119.3 min ton konserv məhsulları və konsentrat olan 13 konserv müəssisəsi, illik istehsal gücü 4.782 milyon litr spirtli içkilər olan 5 emal müəssisəsi, illik istehsal gücü 207.4 min ton olan 9 süd emalı müəssisəsi, illik istehsal gücü 298 min ton olan 27 çörək istehsalı müəssisəsi, illik istehsal gücü 504 min kv. metr mərmər, 16 min ton dəmir-beton məhsulları olan 22 tikinti sənayesi müəssisəsi, ildə 11.7 min dəst mebel istehsal edən 4 mebel fabrikinin və digər sahələrin yaradılması üzrə layihələr başa çatdırılaraq istifadəyə verilib, digər 44 layihə üzrə tikinti işləri davam etdirilir ki, bunların da 2016-2017-ci illərdə başa çatdırılacağı nəzərdə tutulur.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli qaydada maliyyələşdirilmiş bir neçə layihənin açılışında Prezident İlham Əliyev də iştirak edib. Dövlət başçısı 2010-cu il aprelin 29-da Salyan rayonundakı 10.5 min tonluq soyuducu anbar kompleksinin istifadəyə verilməsində iştirak edib, elə həmin gün Biləsuvardakı 13 min tonluq konserv məhsulları istehsalı zavodunun istehsala başlamasına start verib. 2010-cu il avqustun 10-da güzəştli kredit hesabına maliyyələşdirilmiş başqa bir layihənin - Qaradağ rayonundakı mərmər-qranit zavodunun, 2011-ci il fevralın 21-də Abşeron rayonundakı illik istehsal gücü 2.6 min dəst olan mebel istehsalı müəssisəsinin, mayın 6-da İmişli rayonundakı 50 min tonluq taxıl anbarı kompleksinin, Ağcabədi şəhərindəki illik istehsal gücü 90 min ton olan süd emalı zavodunun, sentyabrın 13-də Qobustan rayonundakı 10 min tonluq taxıl anbarı kompleksinin, sentyabrın 24-də Quba rayonundakı 4 min tonluq soyuducu anbar kompleksinin, dekabrın 26-da Qaradağ rayonundakı illik istehsal gücü 210 min kub. metr qazobeton bloklar və 81 min ton əhəng olan tikinti materialları istehsalı müəssisələrinin, 2012-ci ilin aprelin 12-də Qazax şəhərindəki illik istehsal gücü 21.5 min ton olan konserv məhsulları istehsalı müəssisəsinin, iyulun 10-da Qaradağ rayonundakı illik istehsal gücü 24 min ton olan metal konstruksiyalar zavodunun, iyulun 13-də Bakı şəhərinin Binə qəsəbəsindəki illik istehsal gücü 4.5 min ton tərəvəz məhsulları olan istixana kompleksinin, iyulun 31-də Cəlilabad rayonundakı 10 min tonluq taxıl anbarı kompleksinin, sentyabrın 9-da Şəki rayonundakı 14 min tonluq taxıl anbarı kompleksinin, oktyabrın 7-də Bərdə şəhərindəki illik istehsal gücü 10 min ton olan çörək zavodunun, oktyabrın 28-də İmişli rayonundakı 50 min tonluq taxıl anbarı kompleksinin və illik istehsal gücü 10 milyon ədəd damazlıq yumurta olan quşçuluq təsərrüfatının, dekabrın 15-də Füzuli rayonundakı 5 min tonluq soyuducu anbar kompleksinin, 2013-cü il fevralın 28-də Qəbələ rayonundakı 500 başlıq südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq kompleksinin, aprelin 16-da Hacıqabul rayonundakı illik istehsal gücü 3.5 milyon m2 seramik plitələr olan seramik parkının, mayın 3-də Sumqayıt şəhərindəki illik istehsal gücü 6.5 milyon metr parça olan tekstil parkının, avqustun 7-də Kürdəmir rayonundakı illik istehsal gücü 3.8 min ton süd olan heyvandarlıq kompleksinin və gündəlik emal gücü 50 ton olan süd emalı zavodunun, avqustun 14-də Qəbələ rayonundakı illik istehsal gücü 6.7 min ton süd olan heyvandarlıq kompleksinin, avqustun 29-da Sabirabad rayonundakı illik istehsal gücü 1.3 min ton tərəvəz məhsulları olan istixana kompleksinin və Ağcabədi rayonundakı illik istehsal gücü 22.8 min ton süd olan heyvandarlıq kompleksinin, sentyabrın 10-da Gədəbəy rayonundakı illik emal gücü 3.6 min ton olan süd emalı zavodunun və tutumu 10 ton olan tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksinin, oktyabrın 3-də Sumqayıt şəhərindəki illik istehsal gücü 54.8 min ton olan çörək zavodunun, illik 55.4 min ton un istehsal etmək gücünə malik dəyirman və 18 min tonluq taxıl anbarı kompleksinin, 5 min tonluq anbardan ibarət logistika mərkəzinin, oktyabrın 18-də Bakı şəhərinin Xətai rayonundakı illik istehsal gücü 61 min ton olan çörək zavodunun, 2014-cü il fevralın 25-də Sumqayıt şəhərindəki illik istehsal gücü 50 min ton olan kağız və karton istehsalat kombinatının, illik istehsal gücü 270 min ton olan yağ fabrikinin, illik istehsal gücü 5 min ton olan mis emalı zavodunun, 2014-cü il mayın 1-də Ağdaş rayonundakı illik istehsal gücü 200 ton olan meyvə emalı zavodunun, 2014-cü il noyabrın 15-də Şəmkir rayonundakı illik istehsal gücü 18.3 min ton olan çörək zavodunun, 2015-ci il yanvarın 13-də Sumqayıt şəhərindəki illik istehsal gücü 100 min dəst müxtəlif işçi geyimləri - gödəkçələr, kombinezonlar, kostyum və dəstlər olan tikiş fabrikinin, illik istehsal gücü 140 min metr müxtəlif diametrli beton boru və 500 min kvadratmetr beton döşəmə daşı olan beton məmulatları istehsalı zavodunun, 2015-ci il avqustun 11-də Cəlilabad rayonundakı 1300 ha sahədə yaradılmış iri fermer təsərrüfatının, 2015-ci il oktyabrın 6-da Ucar rayonundakı illik istehsal gücü 9.5 min ton olan quşçuluq təsərrüfatının açılışında iştirak edib.